Bizim futbol

Birinci Divizionda mövsümün son cəzaları açıqlandı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Dsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 27-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

“Binə” - MOİK matçında “Binə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

Oyunun 37-ci dəqiqəsində “Binə”nin futbolçusu Renat Aşırov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 160 manat cərimə olunub.