Bizim futbol

AFFA-dan 4 kluba 1400 manatlıq cərimə

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Dsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyinin 27-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

“Sumqayıt” - “Qəbələ” matçının 82-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Faiq Hacıyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.

“Keşlə” – “Qarabağ” matçında “Keşlə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.

“Neftçi” – “Səbail” matçının 79-cu dəqiqəsində “Səbail”in futbolçusu Xaliq İbrahimov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 800 manat cərimə olunub.

“Zirə” – “Kəpəz” matçının 88-ci dəqiqəsində “Zirə”nin futbolçusu Kənan Zülfiqarov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.