Bizim futbol

Samir Əliyevə 5, Milan Duriçə 4 oyunluq cəza

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Dsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 27-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

“Neftçi” – “Səbail” matçının 43-cü dəqiqəsində “Səbail”in baş məşqçisi Samir Əliyev hakimlər briqadasını təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanıb, klubu 4000 manat cərimə olunub.

“Zirə” - “Kəpəz” matçının 9-cu dəqiqəsində “Zirə”nin futbolçusu Milan Duriç aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 3200 manat cərimə olunub. Oyunun 80-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Kamran Abdullazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.