Bizim futbol

“Neftçi”nin iki komandası finalda

“Neftçi” Futbol Akademiyasının iki komandası ölkə çempionatının finalına vəsiqə qazanıb. 

Dsport.az xəbər verir ki, klubun 11 və 13 yaşadək futbolçuları yarımfinalın ilk oyununda olduğu kimi, cavab qarşılaşmasında da qalib gəliblər.

U-13 Liqası: "Neftçi” – "Azəri TİM” (Gəncə) 5:0
Qollar: Ramiz Muradov (2), Ömər Qurbanov, Anar Baxşiyev, Yusif Əliyev.

U-11 Liqası: "Qəbələ” – "Neftçi” 0:1
Qol: Lorenzo Mezzotero.

Qeyd edək ki, “Neftçi”nin U-14 və U-12 komandalarının yarımfinal mərhələsindəki cavab oyunları bu gün olacaq.