Bizim futbol

Millimiz Gürcüstana məğlub oldu

Bu gün Azərbaycanın U-20 millisi yoldaşlıq oyunu keçirib.

Dsport.az xəbər verir ki, gənclərimiz Gürcüstandan olan həmyaşıdları ilə üz-üzə gəliblər. Görüş Mərdəkandakı “Dalğa Arena”da baş tutub. 

Oyunda hesabı millimiz açıb. Lakin qalan dəqiqələrdə iki qol vuran qonaqlar əzmkar qələbə qazanıblar.

Rəşad Sadıqovun yetirmələri mayda daha iki yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Belə ki, Makedoniyanın U-21 millisi mayın 24-də və 27-də seçmə komandamızın qonağı olacaq. Bu görüşlər də “Dalğa Arena”da keçiriləcək.

Yoxlama oyunu
16 may

Azərbaycan - Gürcüstan 1:2
Qollar: Ziya Əzizov, 66 - David Muciri, 79. David Samurkasovi, 83.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Vüqar Həsənli.
Mərdəkan. “Dalğa Arena”.

Azərbaycan: 12. Kamran İbrahimov, 26. Faiq Hacıyev, 3. Anton Krivotsyuk (k), 18. Ricat Qarayev (8. Qadir Bayramlı, 89), 2. Amin Seydiyev, 10. İsmayıl İbrahimli (16. Tural Bayramlı, 65), 19. Famil Camalov (17. Ozan Can Kokçü, 46), 23. Ziya Əzizov (7. Nicat Süleymanov, 71), 20. Kamran Əliyev (28. Əli Şirinov, 76), 6. Hacıağa Hacılı (k) (15. Ceyhun Muxtarlı, 65), 11. Fərid Nəbiyev (9. Ruslan Hacıyev, 54)
Ehtiyat oyunçular: 1. Hüseynəli Quluyev, 22. Şahin Zəkiyev, 25. Təbriz Xubanov, 5. Xəyal Amirli, 27. Emil Əliyev
Baş məşqçi: Rəşad Sadıqov 
Gürcüstan: 1. Nikoloz Kavtaradze (12. Levan İsiari, 76), 4. Andria Purtçeladze, 3. Nika Kurtşavişvili (16. David Muciri, 71), 2. Yuri Tabatadze (17. Qabriel Sasrişvili, 62), 5. Piruz Qabitaşvili, 6. David Samurkasovi (k), 7. Luka Poçxua (18. Zaur Kerelaşvili, 62), 8. Tornike Cebniauri, 9. İrakli Buqridze (15. Nuszar Sparderaşvili, 62), 10. Vato Arveladze, 11. Mixail Erqemlidze (22. Vaja Patsatsia, 71) 
Ehtiyat oyunçular: 19. Jemali-Georgi Dirtolalia, 20. Beka Daromelia, 21. Laşa Lejava
Baş məşqçi: Vasil Maysuradze