Bizim futbol

“Azərbaycan yığmasına qarşı oyunumuz asan olmayacaq”

Qırğızıstan yığmasının yarımmüdafiəçisi Anton Zemlyanuhin Dsport.az saytına müsahibə verib:

- Bu ay Azərbaycan yığması ilə oynayacaqsınız. Bu görüş haqda nə düşünürsən?
- Azərbaycan yaxşı komandadı. Bizim üçün də Azərbaycana qarşı oynamaq maraqlıdı. Bizim millidə də yaxşı oyunçular toplanıb. 

- Matç Bişkekdə deyil, Bakıda keçiriləcək. Sizin üçün oyunun Bakıda keçirilməsi nə qədər maraqlıdı?
- Bakıda indiyə qədər heç olmamışam. Amma eşitmişəm ki, Bakı gözəl şəhərdi. Orada olub-olmayacağımı zaman göstərəcək.

- Azərbaycan yığması barədə hansı fikirdəsən? 
- Azərbaycan yığmasında güclü futbolçular çoxdu. Düzdü, adlarını bilmirəm. Amma güclü oyunçular olduğunu bilirəm. 

- Beş il əvvəl hər iki komanda Bişkekdə üz-üzə gəlmişdi. Amma qalib müəyyənləşməmişdi...
- Azərbaycan yığmasına qarşı indiyə qədər heç vaxt oynamamışam. 

- Azərbaycan yığması Qırğızıstan üçün zəif rəqibdi, yoxsa güclü?
- Hazırda zəif komanda yoxdu. İstənilən komandaya qarşı oynamaq çətindi. Azərbaycan yığmasına qarşı oynamaq da asan olmayacaq.

- Azərbaycan yığması Millətlər Liqasında çıxış edəcək və rəqiblər Farer Adaları, Malta və Kosovodu. Necə düşünürsən, Azərbaycan yığması bu qrupdan lider kimi çıxa bilər?
- Azərbaycan yığması çox yaxşı komandadı. Bəli, bunu edə bilərsiz. Hər oyunda qalib gələcək gücə malik yığmanız var.

- Qırğızıstan millisinin üzvləri Azərbaycanla görüşü özünü reklam kimi görürlərmi?
- İlk öncə gərək özünü yaxşı tərəfdən göstərəsən ki, sonra səni kimsə komandasına götürsün. Azərbaycanla görüşdə də ən yaxşı tərəfdən özümüzü göstərməyə çalışacağıq.