Bizim futbol

Qırğızıstan millisi Bakıya bu heyətlə gəlir

Azərbaycan yığması ilə yoxlama oyununda üz-üzə gələcək Qırğızıstan millisinin heyəti açıqlanıb.

Dsport.az xəbər verir ki, qırğızların baş məşqçisi Aleksandr Krestinin millimizlə oyun üçün 23 futbolçuya dəvət göndərib. Asiyalılar mayın 22-dən 30-dək Bakıda təlim-məşq toplanışı keçirəcək. 

Mayın 29-da keçiriləcək Azərbaycan - Qırğızıstan matçı Bakı Olimpiya Stadionunda baş tutacaq.

Qapıçılar: Kutman Kadırbekov, Valeri Kaşuba (hər ikisi “Dordoy”), Kalıs Akimaliyev (“Abdış-Ata”);

Müdafiəçilər: Kursanbek Şeratov, Tamirlan Kozubayev, Baxtiyar Duyşobekov, Askarbek Saliyev, Avazbek Otkeyev, Mustafa Yusupov (hamısı “Dordoy”), Amanbek Manıbekov (“Abdış-Ata”), Şerzot Şakirov (“Neftçi”);

Yarımmüdafiəçilər: Pavel Sidorenko, Aziz Sıdıkov, İslam Şamşiyev, Murolimjon Axmedov, Kayrat Jırqalbekuulu, Bekjan Saqınbayev (hamısı “Dordoy”), Odiljon Abduraxmanov (“Alay”), Farxat Musabekov (“İlbirs”), Alimardon Şukurov (“Abdış-Ata”), Tursunali Rustamov (“Alqa”);

Hücumçular: Mirlan Murzaev (“Somaspor”, Türkiyə), Roman Levçenko (“Torpedo”, Şadrinsk, Rusiya).