Bizim futbol

“Zirə”nin futbolçusu İsrail klubunun hədəfində

“Zirə”nin yarımmüdafiəçisi Milan Duriç karyerasını İsraildə davam etdirə bilər. 

Dsport.az saytına daxil olan məlumata görə, serbiyalı futbolçu ilə “Makkabi” (Netanya) klubu yaxından maraqlanır. İsrail klubu yarımmüdafiəçinin elə ölkəmizdəki çıxışından sonra onu transfer siyahısına daxil edib. “Zirə”nin aparıcı üzvü olan Duriçə indiki komandasının da yeni müqavilə təklif etməsi gözlənilir.