Bizim futbol

“Keşlə” Ukraynadan qapıçı gətirir

“Keşlə” qapı xəttini legioner qolkiperlə gücləndirə bilər. 

Dsport.az-a daxil olan məlumata görə, Yuri Maksimov komandanın baş məşqçi postunda qalsa, komandaya Ukrayna Premyer Liqası təcrübəsi olan qapıçı dəvət edəcək. Belə ki, artıq Donetsk “Olimpik”inin şərəfini qoruyan Zauri Maxaradzenin “Keşlə”yə keçidi gündəmə gəlib. 

Ukraynanın U-17, U-19 və U-21 yığmalarının da qapısını qorumuş 25 yaşlı qolkiper özü də Azərbaycanda oynamağın əleyhinə deyil.