Bizim futbol

Elşad Əhmədov Premyer Liqa klubunda

Birinci Divizonun qalibi “Xəzər”in baş məşqçisi Elşad Əhmədov tutduğu vəzifədən istefa verdiyini xəbər vermişdik.

Dsport.az xəbər verir ki, artıq klubun icraçı direktoru Emin Abbasov qol.az-a açıqlamasında bu məlumatı təsdiqləyib. Onun sözlərinə görə, baş məşqçi Elşad Əhmədovla yollar qarşılıqlı razılıq əsasında ayrılıb.

Böyük ehtimalla E.Əhmədov karyerasını 2018/19 mövsümündə Premyer Liqada yarışacaq “Sabah”da davam etdirəcək. Artıq "Sabah"ın baş məşqçisi Arif Əsədovla da yolları ayrılıb.

E.Əhmədov özü qol.az-a açıqlamasında "Sabah"a keçəcəyini təkzib etməyib: “Belə bir söhbət var, amma hələ heç nə dəqiqləşməyib. Bu gün axşama kimi hər şeyə aydınlıq gəlməlidi”.

Gənc mütəxəssis "Xəzər"dən ayrılması haqda danışarkən isə bunları deyib: "Xəzər"ə baş məşqçi təyin olunanda danışmışdıq ki, komanda Premyer Liqaya vəsiqə qazansa, işimi davam etdirəcəm. "Xəzər" yüksək liqaya buraxılmadığı üçün rəhbərliklə danışıb, yollarımızı ayırdıq".