Bizim futbol

“Sabah” Arif Əsədovla yollarını ayırdı

Birinci Divizionda mübarizə aparan, növbəti mövsümdən Topaz Premyer Liqasında iştirak etməsi gözlənilən “Sabah” baş məşqçisi Arif Əsədovla yollarını ayırıb.

Dsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Belə ki, tərəflər arasında əldə olunan qarşılıqlı razılığa əsasən, klubla baş məşqçi arasında imzalanan müqavilənin müddətinin artırılmamasına qərar verilib.

“Sabah” Arif Əsədova gördüyü işlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzu edib.

Qeyd edək ki, “Sabah”ı bundan sonra Elşad Əhmədovun çalışdırması gözlənilir. Hansı ki, o, bu mövsüm “Xəzər”i Birinci Divizionun qalibi edib.