Bizim futbol

Elşad Əhmədov “Xəzər”dən getdi

Futbol üzrə Azərbaycan Birinci Divizionunun qalibi olan “Xəzər”in Premyer Liqaya buraxılmaması baş məşqçi postunda dəyişikliyi qaçılmaz edib.

Dsport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı Elşad Əhmədov postundan getməyə qərar verib.

Qeyd edək ki, “Xəzər”i bu mövsümün əvvəlindən çalışdıran Əhmədov komandası ilə çempion oldu. Lakin bu klub lisenziya prosesindən uğurla keçə bilmədiyi üçün Premyer Liqaya buraxılmadı.

Əhmədovun hazırda digər Premyer Liqa klublarından təklif aldığı bildirilir. Lakin onun hansı komandanı çalışdıracağı açıqlanmır.

Xatırladaq ki, Əhmədov karyerası ərzində “MKT-Araz”, “İnter” və “Neftçi” klublarında da çalışıb.