Bizim futbol

Meza Kolli: “Avropa Liqasına vəsiqə qazanmağı çox istəyirik”

“Neftçi”nin yarımmüdafiəçisi Derlis Meza Kolli Dsport.az saytına müsahibə verib:

- Premyer Liqanın geridə qalan turunda “Səbail”lə qarşılaşdınız və inamlı qələbə qazandınız. Görüş haqda düşüncən necədi?
- Çox çətin oyun idi. Vurduğumuz qoldan sonra daha da yaxşı oynamağa başladıq. Əsas odu ki, qələbə qazana bildik. Biz komandamızın gücünü göstərdik.

- Hazırda komandada hər hansı həyəcan varmı? Çünki son tur qələbə qazansanız, avrokuboklara vəsiqəni təmin edirsiniz...
- Biz sona qədər mübarizə aparacağıq. Avropa Liqasına düşməyi çox istəyirik. Biz hazırda da çox yaxşı durumdayıq və son oyunu gözləyirik.

- Son turdakı rəqibiniz “Kəpəz”ə qarşıdı. Həmin görüşdə qələbə qazanacağınıza inanırsan?
- Biz hər oyuna olduğu kimi, bu oyuna da ciddi hazırlaşacağıq. Bizə qələbə çox lazımdı. Mövsümü daha yaxşı sonluqla başa vurmaq üçün oyundan qələbə ilə ayrılmaq istəyirik. İnanıram ki, bu, bizdə alınacaq. 

- “Kəpəz” artıq birinci diviziona yuvarlanıb. Hər halda motivasiya ilə oyuna çıxacaqlarını da demək olmaz. Bütün bunlar sizin qələbə qazanmağınıza kömək olacaq?
- Məncə, “Kəpəz” oyuna motivasiya ilə çıxacaq. Biz ağıllı futbol oynamalıyıq. İstəyimizə çatmaq üçün 90 dəqiqə yaxşı oynayıb, məqsədimizə doğru getməliyik.

- Qələbə qazanmasınız, “Sumqayıt” – “Zirə” matçındakı nəticə sizin üçün önəmli olacaq. Bir qulağınız həmin oyunda olacaq?
- Önəmli olan bizim öz oyunumuzdu. Diqqətli oynayıb, sona qədər əlimizdən gələni etməliyik ki, qalib gələk. Əgər biz bir qardaş kimi bir olub oynasaq, istəyimizə çatacağıq. 

- Mövsüm başa çatmaq üzrədi və “Neftçi” bürünc medala çox yaxındı. Necə düşünürsən, bürünc medalı “Neftçi” üçün uğurlu nəticə hesab etmək olar?
- Yaxşı nəticə qazandığımızı düşünürəm. İlk başda bizdə heç də hər şey yaxşı deyildi. Beş məğlubiyyət almışdıq. Sonradan biz çox yaxşı nəticələr qazandıq, işimizi daha yaxşılaşdırdıq. Bu, həm bizim, həm də klubun uğurudu.

- “Neftçi”nin heyətində avrokuboklarda oynamaq haqda düşünürsən?
- Mövsüm başa çatandan sonra bu haqda danışmaq olar. İndi bütün fikrim qardaşıkı oyuna yönəlib.

- Bir müddət əvvəl qardaşın Sezar Meza Kolli Azərbaycanda oynamaq haqda istəyini bildirib. Bu barədə nə deyəcəksən?
- Azərbaycan çox yaxşı ölkədi, insanları da çox yaxşıdı. Onu deyə bilərəm ki, Sezarla özümü hər zaman bu ölkədə çox yaxşı hiss etmişik. Burada biz özümüzü evdəki kimi hiss edirik.