Bizim futbol

AFFA “Krasnodar”ın futbolçusunu millimizə gətirir

AFFA rəhbərliyi Rusiyada çıxış edən daha bir həmyerlimizi milli komandalarımıza cəlb etmək istəyir. 

Dsport.az-a etibarlı mənbədən daxil olan məlumata görə, “Krasnodar”ın ikinci komandasının heyətində aparıcı oyunçulardan olan Ruslan Rzayevin Azərbyacanın U-21 yığmasında oynamaq ehtimalı yüksəkdi. Futbolçunun AFFA-nın təklifinə hansı cavabı verəcəyi yaxın vaxtlarda bilinəcək. 

Xatırladaq ki, Rzayev elə “Krasnodar” futbol akademiyasının yetirməsidi.