Bizim futbol

“Amkar”ın kapitanı: “Azərbaycanda oynamaq istəyirəm”

Rusiyanın “Amkar” klubunun əvəzedici komandasının kapitanı Rinat Hüseynov karyerasını Azərbaycanda davam etdirməyə çox yaxındı. 

Dsport.az saytına daxil olan məlumata görə, mərkəz müdafiəçisinə Azərbaycan təmsilçilərindən təklif var. Bir ara “Qarabağ”ın düşərgəsində olan Hüseynovun Ağdam klubu ilə yanaşı başqa komandadan aldığı da bildirilir. 

“Amkar”ın futbolçusu məsələ ilə bağlı saytımıza açıqlamasında bunları deyib: “Azərbaycandan təkliflərim var. Amma tam konkretləşməyib. Hansı komandaların mənə təklif göndərdiyini deməyəcəm. Hər şey nə vaxt daha da dəqiqləşəcək, o zaman bu barədə danışacam. “Amkar”la müqaviləm başa çatır və əsas məqsədim Azərbaycanda oynamaqdı. Azərbaycanda hazırda futbolun səviyyəsi yaxşıdı. Futbolçu kimi inkişaf edib, daha da güclənmək olar. Ona görə də Azərbaycanda oynamaq istəyirəm”.