Bizim futbol

“Qəbələ”nin forvardına Super Liqa klublarından təklif var

“Qəbələ”nın hücumçusu Ruslan Qurbanov da yaydan etibarən ölkə xaricində oynaya bilər. 

Dsport.az-a etibarlı mənbədən daxil olan məlumata görə, Qurbanovun Yunanıstan Super Liqasında oynamaq imkanı yaranıb. Belə ki, Super Liqada çıxış edən "Atromitos" və digər iddialı bir klubun Qurbanovun xidmətində maraqlı olduği bildirilir. Bir müddət öncə Tula "Arsenal"ının da transfer siyahısına daxil olan Qurbanovun hansı qərarı verəcəyi mövsüm başa çatandan sonra bilinəcək.