Bizim futbol

“Kəpəz” Premyer Liqada qalsa…

“Qəbələ” “Kəpəz”ə icarəyə verdiyi futbolçusu Roman Hüseynov haqda mövsüm sonunda qərar verəcək. 

Dsport.az saytına daxil olan məlumata görə, "Qəbələ" klubu gənc futbolçusunu hələ geri qaytarmaq istəmir. Belə ki, Gəncə təmsilçisinin heyətində oynayan Hüseynovun bir müddət daha icarədə oynaması gözlənilir. "Kəpəz" Premyer Liqada qalacağı təqdirdə Hüseynov bir müddət daha bu komandada oyun praktikası toplayacaq. Belə olmayacağı təqdirdə digər komandalardan birinə icarəyə veriləcək.