Bizim futbol

Liderlərin dueli Məmmədova tapşırıldı

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 25-ci turun sabah keçiriləcək oyunları üçün bütün təyinatlar açıqlanıb.

Turun mərkəzi oyunu – lider “Qaradağ Lökbatan”la əsas izləyicisi “Xəzər”in oyunu İnqilab Məmmədova tapşırılıb.

Dsport.az həmin təyinatları təqdim edir:

Birinci Divizion
25-ci tur
27 aprel (cümə)

“Qaradağ Lökbatan” – “Xəzər”
Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Vüqar Bayramov, Elgün Hüseynov.
AFFA nümayəndəsi: Ələddin Ələkbərov.
Hakim-inspektor: Vaqif Ayvazov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu.

MOİK – “Mil-Muğan”
Hakimlər: Alik Yunusov, Elnur Ağayev, Ruslan Babayev, Elxan Müslümov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.

“Binə” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Eyyub İbrahimov, Mehman Mahmudov, Nahid Xasıyev.
AFFA nümayəndəsi: Qabil Nərimanov.
Hakim-inspektor: Əlibala Ələsgərov.
Binə qəsəbə stadionu.

Qeyd: Turun bütün görüşləri 16:00-da başlanacaq.