Bizim futbol

“Şüvəlan” büdrədi, “Sabah” 4 cavabsız qolla qalib gəldi

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 25-ci tura start verilib.

Dsport.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.

“Sabah” “Ağsu” ilə ev oyununda 4 cavabsız qolla qalib gəlib. Elə “Zaqatala” - “Şüvəlan” oyununda da qapılara 4 qol vurulub. Lakin liderlər qrupunda qərarlaşmış “Şüvəlan” autsayderlə oyunda xal itikisi ilə üzləşib.

Birinci Divizion
25-ci tur
26 aprel

“Sabah” – “Ağsu” 4:0
Qol: Artyom Zabun, 48; 90+2. Təyyar Məmmədov, 55. Qvanzav Maqomedov, 65. 
Binə qəsəbə stadionu.

“Zaqatala”- “Şüvəlan” 2:2
Qol: İsmael Koame, 69. Abbas Ganiu, 84 – Nuqzar Kvirtiya, 9. Sərxan Abdullayev, 70-avtoqol.
Zaqatala şəhər stadionu.

Turun digər oyunları sabah keçiriləcək: “Qaradağ Lökbatan” – “Xəzər”, MOİK – “Mil-Muğan”, “Binə” – “Turan Tovuz”.