Bizim futbol

Mahir Mədətova Fransa və Almaniyadan dəvət var

“Qarabağ”ın formasını geyinən Mahir Mədətov karyerasını xaricdə davam etdirməyə yaxındı. 

Dsport.az saytına daxil olan məlumata görə, Mədətov hələ qışda ölkə xaricinə yollanmalı idi. Amma son anda bu baş tutmamışdı. Yayda isə Mədətovun Almaniya və Fransa kimi ölkələrdən birinə yollanması gözlənilir. Ona hər iki ölkə klublarından dəvət var. Mədətov seçim etsə belə, sonda qərarı "Qarabağ" klubu verəcək.