Bizim futbol

Millimiz Slovakiya, Uels və Macarıstanla bir qrupda

Slovakiyada 2000-ci il təvəllüdlü futbolçulardan ibarət yığma komandalar arasına beynəlxalq turnir keçiriləcək. 

Dsport.az xəbər verir ki, 7-11 may tarixlərində təşkil olunacaq “Slovakia Cup 2018” turnirində Azərbaycan U-19 yığması çıxış edəcək.  

8 komandanın qatılacağı yarışda həmçinin, Slovakiya, Uels, Macarıstan, ABŞ, Çexiya, Ukrayna və Qazaxıstan yığmaları da mübarizə aparacaq. Azərbaycan yığması meydan sahibləri, Uels və Macarıstanla birgə A qrupunda yer alıb:

A qrupu: Azərbaycan, Slovakiya, Uels, Macarıstan

B qrupu: ABŞ, Çexiya, Ukrayna, Qazaxıstan
 
7 may, saat 14:00
Azərbaycan – Macarıstan
 
8 may, saat 14:00
Azərbaycan – Uels 
 
10 may, saat 14:00
Slovakiya – Azərbaycan
 
Qeyd: Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.