Bizim futbol

Yığmamız Gürcüstana məğlub oldu

Türkiyənin Antalya şəhərində təşkil olunmuş beynəlxalq turnirdə iştirak edən 2003-cü il təvəllüdlü futbolçulardan ibarət yığma komandamız növbəti oyununu keçirib.

Dsport.az xəbər verir ki, Azər Məmmədovun rəhbərlik etdiyi komanda Gürcüstanın 2003-cü il təvəllüdlü futbolçulardan ibarət yığması ilə qarşılaşıb. Oyun rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

Komandamızın qoluna Bəhruz Tanrıverdiyev imza atıb.

Aprelin 27-də keçiriləcək növbəti oyunda yığmamız Türkiyənin 2003-cü il təvəllüdlü futbolçulardan ibarət yığma komandası ilə qarşılaşacaq.

Xatırladaq ki, millimiz ilk oyununda Türkiyənin 2004-cü il təvəllüdlü futbolçulardan ibarət yığması ilə qarşılaşmışdı - 1:1.