Bizim futbol

“Final matçının Qəbələdə yox, “Bakcell Arena”da keçirilməsini istərdim”

“Keşlə”nin yarımmüdafiəçisi Ebrima Sohna Dsport.az saytına müsahibə verib:

- “Keşlə”ni qarşıdakı turda “Neftçi”yə qarşı oyun gözləyir. Bu matç haqda nə düşünürsən?
- Bu oyuna ciddi hazırlaşırıq. Çalışacağıq ki, uğurlu nəticə qazanaq. Çətin olacaq, amma bunu edə bilərik.

- “Keşlə” üçün çempionatın qalan oyunları nə qədər önəmlidi?
- Bizim üçün hər oyun vacibdi. İstər kubok, istərsə də çempionat oyunu. Ona görə də hər oyuna yaxşı nəticə üçün çıxırıq.

- “Keşlə” çoxlarının gözləmədiyi halda ölkə kubokunun finalına çıxa bildi. Matç Qəbələdə keçiriləcək. Bu, sizin üçün problem deyil?
- Əlbəttə ki, bizim üçün mənfi haldı. Bu, rəqibə daha çox güc verəcək. Amma biz peşəkarıq. Oynayacağıq və meydanda 100 faiz gücümüzü qoyacağıq. Bu oyunda qalib gəlməyi çox istəyirik.

- “Sumqayıt” – “Keşlə” cütündə əksər insanlar birincilərin finala çıxacağını gözlədiyi təqdirdə, finala çıxan komanda siz oldunuz. Bunu necə bacardınız?
- Çox ağır oyunlar keçdi. Həm ilk, həm də cavab oyunu olduqca çətin idi. Amma biz bu çətinliyə tam hazır idik. Komanda şəklində çox yaxşı hazırlaşdıq, oynadıq və finala adladıq.

- “Neftçi”nin ilk görüşdə səfərdə “Qəbələ”yə 2:1 hesabı ilə qalib gəlməsindən sonra, evdə rəqibinə 1:3 uduzub finala çıxa bilməməsi sənin üçün sürpriz olmadı ki?
- Onların oyunlarının da asan keçməyəcəyini bilirdim. Meydanda 100 faiz gücünü qoyan tərəf finala çıxacaqdı. Həm “Neftçi”, həm də “Qəbələ” yaxşı komandadı. Amma həmin günün yaxşısı “Qəbələ” oldu deyə finala onlar çıxdı.

- Final matçının Qəbələdə deyil, başqa stadionda keçirilməsini istəyərdin?
- Qərarı federasiya verir və harada deyirlərsə, orada oynamalıyıq. Amma mənim fikrimi soruşursunuzsa, oyunun “Bakcell Arena”da keçirilməsini istəyərdim.