Bizim futbol

Vüsal İsgəndərli: “Hamı bizə qəhrəman deyəcək”

“Zirə”nin futbolçusu Vüsal İsgəndərli Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində səfərdə "Keşlə"yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Dsport.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi öncə oyunla bağlı fikirlərini bölüşüb:

- “Qara zolağ”a düşmüşük. Bu vəziyyətdən çıxmağımız alınmır. Çətin vəziyyətə düşmüşük. 

- Zədəli futbolçularnız çox idi. Bunun uğursuzluğa nə qədər aidiyyatı var?
- Əlbəttə, heç baş məşqçimiz Ayxan Abbasov ötən konfransda bu məsələyə toxunmamış və məğlubiyyətləri öz üzərinə götürmüşdü. 8 futbolçumuz yoxdu. Mən də zədəliyəm, amma məcburuq ki, oynayaq. Baş məşçiyə və azarkeşlərə görə bu vəziyyətdən çıxmalıyıq. 

- Bəs problem nədədi?
- Bu sualı hamıya verirlər və çəkilib kənarda dururuq. Yerdə də qalır baş məşqçi.
 
- Deməli, günah ondadı?
- Xeyr, elə deyil. Bu, elə bir şeydi ki, bir qələbədən sonra düzələ bilər. Amma alınmır.

- Ümidiniz nəyə qalıb?
- Allaha. Həvəsdən düşmək olmaz. Azarkeşlər üçün buna məcburuq. Biz maaş alırıq, haqqını verməliyik. Kimsə boş-boşuna əmək haqqı qazanmır. Əlimizdən gələni etməliyik.

- Avrokuboklara vəsiqə uğrunda son 4 turda gərgin mübarizə aparacaqsınız…
- Yaxşı komanda, futbolçu belə çətin anlarda özünü göstərə bilir. 12 xal qazanaraq avrokuboklara yollansaq, hamı bizə qəhrəman deyəcək. "Zirə” həmin komandadı. İki standart vəziyyətdən qol buraxdıq. Rəqibin başqa epizodu da olmadı. Alınmadı…