Bizim futbol

“Beşiktaş”ın prezidenti Bakıya gəlir

Türkiyənin “Beşiktaş” klubunun prezidenti Fikrət Orman bu gün Bakıya gələcək.

Dsport.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Məlumata görə, klub rəhbərinin Azərbaycana səfəri bir günlük olacaq.

Bakıda “Beşiktaş”ın prezidentinin adına futbol turniri təşkil ediləcək. Orman da məhz Azərbaycan “Beşiktaş”lılar dərnəyi tərəfindən təşkil olunan turnirin açılışını etmək üçün paytaxtımıza gəlir.