Bizim futbol

“Kəpəz”in zədəli legionerindən xəbər var

“Kəpəz”in əsas komandasının zədəli futbolçusu Dedimar Ferreyranın müalicəsi davam edir. 

Dsport.az klubun tibbi personalına istinadən xəbər verir ki, reabilitasiya dövründə olan futbolçunun müalicəsində irəliləyişlər var. Dedimar artıq fitnes məşqləri ilə fərdi qaydada hazırlaşır.

Xatırladaq ki, müdafiəçinin diz bağlarında gərilmə var. Bu səbəbdən brazilyalı uzun müddətdi ki, kollektiv məşqlərdə və oyunlarda iştirak edə bilmir.