Bizim futbol

Kapitan cavab oyununu da buraxacaq

“Sumqayıt”ın kapitanı Vurğun Hüseynov ölkə kubokunun yarımfinal mərhələsinin "Keşlə" ilə cavab oyununu da buraxacaq.

Dsport.az xəbər verir ki, bu barədə qol.az-a təcrübəli müdafiəçi özü məlumat verib. O bildirib ki, zədəli olduğu üçün sabahkı qarşılaşmada iştirak edə bilməyəcək. Hüseynov eyni səbəbdən paytaxtdakı ilk matçı (0:1) da buraxmışdı.

Qeyd edək ki, "Sumqayıt" - "Keşlə" oyunu sabah saat 17:00-da başlayacaq.