Bizim futbol

AFFA-da Premyer Liqa klubları üçün seminar

Bu gün AFFA-nın Futbol Akademiyasının inzibati binasında Lisenziyalaşdırma Qrupu tərəfindən Topaz Premyer Liqasında çıxış edən klubların maliyyə menecerləri üçün UEFA-nın Maliyyə Fair Play IT proqramına (CL/FFP IT Solution) həsr olunmuş seminar keçirilib. 

Dsport.az xəbər verir ki, seminarda UEFA-nın Maliyyə Fair Play qaydaları müzakirə olunub və klub nümayəndələri 2017-ci maliyyə ili üzrə müvafiq məlumatları qeyd olunmuş proqrama daxil ediblər.