Bizim futbol

Dörd oyunçu cəzalı durumda

Sabah futzal üzrə Yüksək Liqada 25-ci turun oyunları keçiriləcək. 

Dsport.az xəbər verir ki, sarı vərəqə limitini doldurduğuna görə, 3 futzalçı komandasına kömək edə bilməyəcək. Çempionatın bombardiri Bolinya, eləcə də təcrübəli oyunçulardan Rəcəb Fərəczadə və Anar Ağayev dueli tribunadan izləyəcək. 

Maraqlıdı ki, elə turun açılış oyununda “Araz”la “İtaldizain Futsal” qarşılaşacaq. Onu da qeyd edək ki, “İtaldizain Futsal”dan Asif Zeynalov isə qırmızı vərəqə cəzalısı olduğuna görə, oynamayacaq.

Thaqo Bolinya (“Araz”) – 4
Rəcəb Fərəczadə (“FK.İtaldizain Futsal”) – 4
Anar Ağayev (“FK.İtaldizain Futsal”) – 4

Vüsal Səfərov (“Yasamal”) – 3
Fərid Ələkbərov (EKOL) – 3
Sərxan Məstiyev (EKOL) – 3
Namiq Məmmədkərimov (EKOL) - 3
Nihad İsmayılov (“FK.İtaldizain Futsal”) – 3
Əjdər Əjdərov (“Neftçi” İK) – 3
Rüfət Balakişiyev (“Neftçi” İK) – 3
Reza Toloui (“Yasamal” FK // “Araz”) – 3
Hamed Khodaei (“Marafon Futsal”) – 3
Omid Talebi (“Marafon Futsal”) – 3
Majid Morovati (“Marafon Futsal”) – 3
Sadiq Cavid (“Yasamal” FK) – 3
Vladislav Vorobyov (“Yasamal” FK) – 3