Bizim futbol

“Qəbələ” “Səbail”ə evdə, “Neftçi” “Zirə”yə səfərdə uduzdu

Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 23-cü tura yekun vurulub.

Dsport.az xəbər verir ki, son oyun günündə üç görüş baş tutub.

“Zirə” doğma meydanda “Neftçi”yə, “Sumqayıt” isə “Keşlə”yə qalib gəlib. Lider “Qəbələ” isə evdə “Səbail”ə məğlub olub.

Qeyd edək ki, ilk oyun günündə “Qarabağ” səfərdə “Kəpəz”lə heç-heçəyə razılaşmışdı – 0:0.

Əvəzedicilərin çempionatı
23-cü tur

16 aprel

“Zirə” - “Neftçi” 1:0
Qol: Elçin Əsədov, 34-avtoqol.

“Sumqayıt” - “Keşlə” 2:1
Qol: Camal Camalov, 19. Turan Manafov, 61 - Təbriz Xubanov, 71.

“Qəbələ” - “Səbail” 0:2
Qol: Aqşin Qurbanlı, 61. Pərviz Qaraxanov, 73.

1 Qəbələ 23 14 3 6 62-25 45
2 Səbail 23 13 3 7 39-30 42
3 Qarabağ 23 10 5 8 32-33 35
4 Zirə 23 10 5 8 29-29 35
5 Keşlə 23 7 12 4 32-28 33
6 Sumqayıt 23 7 5 11 27-43 26
7 Neftçi 23 5 6 12 16-29 21
8 Kəpəz 23 2 9 12 12-32 15


Ülvi İsgəndərov - 15 qol ("Sumqayıt")