Bizim futbol

Sadiqov ilə Errera hamıdan öndə

Topaz Premyer Liqasında 23-cü turun “Zirə” – “Neftçi” matçı qonaqların iki futbolçusu – Rəşad Sadiqov və İqnasio Errera üçün daha da əlamətdar olub. 

Dsport.az xəbər verir ki, zirəlilərin qapısına hərəyə bir dəfə yol tapan futbolçular “Neftçi”nin heyətində Azərbaycan çempionatlarında 11-ci qollarını vurublar. Bu göstəriciyə görə onlar hazırda “ağ-qaralar”ın şərəfini qoruyan futbolçular arasında hamıdan öndədilər. 

Cəza səbəbindən “Zirə” ilə oyunu buraxan Ruslan Abışov və həmin matçda fərqlənən Rəhman Hacıyev isə “Neftçi” formasında Premyer Liqada 10 qola seviniblər.