Bizim futbol

Qurbanov Şeydayevi “Qarabağ”da saxlamaq istəyir

“Qarabağ”ın "Trabzonspor"dan icarəyə götürdüyü Ramil Şeydayevin Türkiyəyə qayıdacağı xəbərləri mətbuatda yer almaqdadı. Bununla yanaşı Şeydayevin "Neftçi"yə keçmək ehtimalının da olduğu bildirilir. 

Dsport.az saytına daxil olan məlumata görə isə, Qurban Qurbanov gənc hücumçunun komandada qalmasının tərəfdarıdı. Şeydayevin istedadına və perspektivinə güvənən Qurbanov futbolçunun növbəti altı ay üçün də komandada saxlanılmasını istəyir. Amma forvardın və Türkiyə klubunun sonda hansı qərarı verəcəyi sonda bilinəcək.