Bizim futbol

Qurban Qurbanovun oğlu millidə dubl etdi

UEFA İnkişaf turnirində iştirak edən 2002-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması son oyununu keçirib. 

Dsport.az xəbər verir ki, Bosniya və Herseqovina yığması ilə qarşılaşan komandamız 2:3 hesabı ilə məğlub olub. Yığmamızın heyətində hər iki qolu Musa Qurbanlı vurub. O, “Qarabağ”ın və əsas yığmamızın baş məşqçisi Qurban Qurbanovun oğludu.

Xatırladaq ki, millimiz turnirdəki ilk iki oyununda Makedoniya seçməsinə 0:2, Xorvatiya yığmasına isə 0:1 hesabı ilə məğlub olmuşdu.