Bizim futbol

Vüqar Əsgərli: “Təcrübəsizlik öz sözünü dedi”

Qızlardan ibarət U-19 yığma komandamızın baş məşqçisi Vüqar Əsgərli Dsport.az saytına müsahibə verib:

- Yığmamız AÇ-nin elit-raundunda yer aldığı qrupda sonuncu pilləni tutdu. Sizin üçün nə dərəcədə gözlənilməz nəticədi?
- Təbii ki, son pilləni tutmaq heç bir məşqçinin xoşuna gəlməz. Ancaq futboldu, istənilən vaxt sürprizlərə hazır olmalısan. Qarşılaşdığımız hər üç ölkənin qadın futbolunun inkişf etmiş olduğunu nəzərə alsaq, komandamın təcrübəsizliyi də öz sözünü dedi. 

- Son görüşdə Finlandiyaya 0:4 hesabı ilə uduzdunuz. Halbuki çoxları sizdən məhz bu görüşdə qələbə gözləyirdi...
- Son turda elə Finlandiyanın final mərhələsinə çıxmaq şansı var idi deyə, çox istəkli idilər. Finlandiya qadın futboluna çox üstünlük verir. Hətta Fransa ilə görüşdə 1:0 öndə ola-ola sonda uduzdular. Bizə ilk qolu ilk hissənin son saniyələrində vurdular. Yenə də təcrübəsizliyimiz öz sözünü dedi.

- Qrupun hər üç görüşündə meydanı məğlub tərk etdiniz. Nəyə görə millimiz belə zəif çıxış etdi?
- Çətin qrupa düşmüşdük. Hər üç ölkə qadın futbolunda inkişaf etmiş ölkələrdi. Bizim komandanın isə bir həftəyə üç belə ağır oyun keçirmək təcrübəsi yoxdu. Belə nüanslar komandanın oyununa təsir edir. 

- Bu seçmə mərhələdə sevindirici məqam oldu özünüz üçün? Ən azından Belçika kimi yığmaya qol vurmağınız sevindirici ola bilər?
- Bu adi seçmə mərhələ deyildi. Elit-raund bizim üçün yaxşı təcrübə oldu. Avropada qadın futboluna yanaşmada nümunələr gördük. Bir də komandamın bir-birinə dəstəyi çox xoşuma gəldi. Belçikaya qol isə qızların özgüvəni üçün kiçik də olsa, motivasiya idi.
 
- Artıq tənqidlərə tuş gəlirsiniz. Bu tənqidlərə hazır idiz?
- Tənqid peşəkarlığın bir hissəsidi. Hər zaman da tənqidə hazıram. Ancaq təhqirlərə deyil. İlk mərhələdəki uğurumuza sevinməyən, yazmayan bəzi jurnalistlər belə məğlubiyyətimizi sevinə-sevinə yazırdı. Ancaq ümumi götürdükdə medianın daha çox hissəsi həssas yanaşırdı. Buna görə də təşəkkür edirəm sizlərə.

- Bəzi azarkeşlər hətta qadın futbolunun yığışdırılmasını lazım bilir. Bu məsələyə necə şərh verəcəksən?
- Bir işi yaradıb qurmaq daha çətindi, dağıtmaq isə asan. Məqsədimiz burada təkcə futbol oynamaq deyil, həm də ölkəmizi Avropada yaxşı mənada təbliğ etməkdi. Son turnirlərdə UEFA tərəfindən təyin olunmuş turnirin direktoru tərəfindən xüsusi təşəkkür bildirildi ünvanımıza. Bu, həm hakimlər tərəfindən, həm də rəqiblər tərəfindən oldu. Bizim məqsədimiz qızları tək futbolçu kimi deyil, həm də şəxsiyyət kimi formalaşdırmaqdı.

- Milliyə çox legioner cəlb edilməsi də müzakirə edilir. Onlar yığmaya kömək edə bildi?
- Legionerlər də komanda üçün əlindən gələn köməyi etməyə çalışırdı