Bizim futbol

Rəşad Eyubov Serxio Ramosun aqibətini yaşadı

Topaz Premyer Liqasının 22-ci turunda "Neftçi" "Sumqayıt"la qarşılaşdı. Dsport.az xəbər verir ki, oyunun gedişində maraqlı hadisə baş verib.
 
Belə ki, qonaqların futbolçusu Rəşad Eyubov oyunun ikinci hissəsinin gedişində hakimdən icazə alaraq tualetə gedib. Bu üzdən “Sumqayıt” təxminən 3-4 dəqiqə meydanda azlıqda mübarizə aparıb. Lakin onun gecikdiyini görən qonaq komandanın məşqçilər korpusu Eyubovun əvəzində meydana Ülvi İsgəndərovu buraxıblar. İsgəndərov meydana girən anda geri dönən Eyubov isə ehtiyat oyunçular skamyasına göndərilib. 

Qeyd edək ki, bir neçə gün öncə İspaniya La Liqası çərçivəsində Madrid "Real"ının kapitanı Serxio Ramos da eyni hərəkətlə gündəmə gəlmişdi.