Bizim futbol

Millimiz bu dəfə “sülh bağladı”

19 yaşadək qızlardan ibarət Azərbaycan millisi növbəti yoxlama oyununa çıxıb.

Dsport.az xəbər verir ki, Ukraynada təlim-məşq toplanışında olan millimiz bu ölkənin müvafiq yaş qrupundan olan komandası ilə qarşılaşıb. Qarla örtülü meydanda baş tutan oyun 1:1 hesablı bərabərliklə başa çatıb. 

Millimizin heyətində 59-cu dəqiqədə Qurqenidze fərqlənib. Meydan sahibləri yalnız 90+3-cü dəqiqədə penaltidən vurduqları qol sayəsində məğlubiyyətdən yaxa qurtarıblar.

Komandamız martın 14-də də eyni rəqiblə üz-üzə gəlmişdi. Həmin oyunda meydan sahibləri 4:1 hesablı qələbə qazanmışdılar.