Bizim futbol

Qurban Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı

Martın 23-də Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının mərbuat üçün açıq məşqinin və baş məşqçinin mətbuat konfransının vaxtı müəyyənləşib.

Dsport.az xəbər verir ki, martın 22-də, saat 16:00-da millimizin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı nəzərdə tutulub. Saat 17:15-də isə ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq məşq start götürəcək.
 
Mətbuat konfransı və mətbuat üçün açıq məşq Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
 
Belarus yığmasının müvafiq tədbirləri barədə əlavə məlumat veriləcək.