Bizim futbol

Azərbaycanla oyun üçün 23 futbolçu

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilə qarşılaşacaq İrlandiya yığmasının heyəti açıqlanıb.

Dsport.az xəbər verir ki, baş məşqçi Noel Kinq millimizlə oyun üçün 23 futbolçuya dəvət göndərib:

Qapıçılar: Kiran Ohara (“Mançester Yunayted”), Liam Bossin (“Nottingem Forest”), Kaoimayn Kelleher (“Liverpul”);

Müdafiəçilər: Denni Keyn (“Kork Siti”), Rayan Suini (“Bristol”), Şon Donnellan, Kori Uelan (hər ikisi “Yeovil”), Liam Kinsella (“Uolsoll”), Rayan Delani (“Roçdeyl”), Ceyms Dann (“Akkrinqton”);

Yarımmüdafiəçilər: Coş Kallen, Deklan Rays (hər ikisi “Vest Hem”), Harri Çersli (“Bolton”), Rori Heyl (“Derri Siti”), Konnor Dimeyo (klubsuz), Ceyk Doyl-Heyz (“Aston Villa”);

Hücumçular: Ris Qreqo-Koks (“Uokinq”), Rayan Manninq (KPR), Ronan Kertis (“Derri Siti”), Co Kuiqli (“Borem Vud”), Ceyk Malrani (“İnverness”), Olamide Şodipo (“Kolçester”), Ronan Heyl (“Derri Siti”).

Qeyd edək ki, irlandlar martın 22-də İslandiya ilə yoxlama oyunu keçirəcək. Ayın 27-də bu komanda “Tallaqt” stadionunda yığmamızı qəbul edəcək. Millimiz isə irlandlarla dueldən öncə ayın 22-də səfərdə Kosovo ilə də üz-üzə gələcək.