Bizim futbol

Azərbaycanda futbolçu qız intihar etdi

Şəkidə futbolçu qız intihar edib. 

Dsport.az xəbər verir ki, hadisə bu gecə saat 1 radələrində rayonun Şorsulu kəndində qeydə alınıb.

Kənd sakini, 2001-ci il təvəllüdlü Firəngiz Qalib qızı Əzizova hələlik bilinməyən səbəbdən yaşadığı ünvanda atasına məxsus ov tüfəngi ilə özünü güllələyib. 

Yaralı təcili yardım maşını ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər xəstəni cərrahiyə əməliyyatı etdikdən sonra məlum olub ki, qızda döş qəfəsinin və qarın boşluğunun dəlib-keçən güllə yarası var, vəziyyəti ağırdır.

Şorsulu kənd ərazi nümayəndəsinin ölkə.az-a verdiyi məlumata deyilir: "Əzizovlar ailəsi normal ailə kimi xarakterizə olunurlar, Firəngiz özü Şəki qızlar komandasında futbolçudu. Ailənin 3 uşağından 2-cisidi. Atası da Qarabağ veteranıdı. Hadisə baş verən zaman qız öz otağında olub, bütün ailə üzvləri də evdə olub. Onun hansı səbəbdən bu addımı atması bilinmir".

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırmalara başlanılıb, hadisə şahidləri dindirilib.