Bizim futbol

“Neftçi” azarkeşlərindən “Qarabağ”a atmaca - FOTO

Azərbaycan Premyer Liqasının 20-ci turunda “Neftçi” “Qarabağ”ı qəbul edir.

Dsport.az xəbər verir ki, “ağ-qaralar”ın azarkeşləri bu oyun üçün xüsusi xoreoqrafiya hazırlayıblar.

Pankartda “Neftçi” kral formasında təsvir edilib.

“Qarabağ”ın simvolu olan at isə kralın yelpikləyən qulluqçusu formasında göstərilib.

Bundan əlavə, “Ata qocalanda, yük oğula düşər” yazılmış pankart da açılıb.

Hazırda ilk hissəsi oynanılan qarşılaşmada hesab açılmayıb.