Bizim futbol

“Kəpəz” oyuna itkilərlə çıxacaq

Topaz Premyer Liqasının 20-ci turunda səfərdə “Sumqayıt”la qarşılaşacaq “Kəpəz” bu oyuna itkilərlə çıxacaq. 

Dsport.az xəbər verir ki, bu gün səhər saatlarında keçirdiyi məşqlə qarşıdakı matçın hazırlıqlarını tamamlayan komandanın heyətində Samir Zərgərovla Şadon Vinçester zədəlidi. Ötən tur “Qəbələ” ilə matçda sıradan çıxan futbolçuların zədəsi ciddidi və bu oyunçular səfər oyununda meydana çıxa bilməyəcəklər.

Klubun tibbi personalından klub saytına verilən məlumata görə, Vinçesterin əzələsində yırtıq, Zərgərovun baldır-ayaq oynağının bağında dartınma və hissəvi qopma var. Futbolçuların durumu həkim nəzarəti altındadı, onların müalicə prosesi gələn ayın əvvəlinə kimi davam edəcək.