Bizim futbol

Hakimi döyən futbolçuya 10 oyunluq cəza, komandasına texniki məğlubiyyət

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Dsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA-nın bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar çıxarılıb:

Region Liqasında “Gənclik” – “Füzuli” matçının 90+1-ci dəqiqəsində “Gənclik” klubunun azarkeşləri meydançaya daxil olduqları üçün oyun yarımçıq dayandırılıb. Oyun tam başa çatmadığına görə “Gənclik” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib. Oyunun 90+1-ci dəqiqəsində “Gənclik” komandasının futbolçusu Amid Zeynalov aqressiv davranışa, hakimə qarşı fiziki təsir göstərdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 10 oyun cəzalanıb. Oyunun 90+1-ci dəqiqəsində “Gənclik” klubunun futbolçusu Elman İsgəndərov və Fərid Ağabəyli hakimi təhqir etdiklərinə görə meydandan kənarlaşdırıldıqları üçün hər ikisi 4 oyun cəzalanıb.
“Gənclik” klubuna xəbardarlıq olunur. Bu hal yenidən təkrarlanacağı təqdirdə klub daha ağır cəzalanacaq.

Region Liqasında “Şəki” – “Kürmük” matçının 39-cu dəqiqəsində “Şəki”nin futbolçusu Sənan Hacıyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. Oyunun 39-cu dəqiqəsində “Kürmük”ün futbolçusu Cavidan Ömərli aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.

U-17 Liqasında “Səbail” – “Sumqayıt” matçının 90-cı dəqiqəsində “Səbail”in futbolçusu Aydın Ağazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-17 Liqasında “Xəzər Lənkəran” – “Qarabağ” matçının 87-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Şirxan Həsənzadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-14 Liqasında “Araz Bakı” (Bakı) – İOEUGİM (Sumqayıt) matçının 58-ci dəqiqəsində İOEUGİM klubunun futbolçusu Ayxan Əhmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-14 Liqasında “Şirvan” (Şirvan) – UGİM (Göyçay) matçında “Şirvan”ın heyətində yetərsay olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-10 Liqasında “Junior” (Bakı) – “Xəzri” İK (Bakı) matçında “Xəzri” komandası iştirak etmədiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Futzal üzrə Azərbaycan çempionatının “Araz” – “Neftçi” matçının 33-cü dəqiqəsində “Neftçi”nin futbolçusu Eshaq Surqalı sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan çempionatının “Yasamal” – “FK.İD. Futsal” matçının 32-ci dəqiqəsində “FK.İD.Futsal”ın futbolçusu Asif Zeynalov rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb. Oyunun 32-ci dəqiqəsində “Yasamal”ın rəhbəri Orxan Allahverdiyev texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Həvəskarlar Liqasının “Yasamal” – “Dinamo” matçının 30-cu dəqiqəsində “Dinamo”nun futbolçusu Hadı Rezaci ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.