Bizim futbol

“Qəbələ”nin avtobusu daşa basıldı, “Kəpəz” cərimələndi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Dsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının və əvəzedicilərin ölkə birinciliyinin 19-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

Premyer Liqada “Kəpəz” – “Qəbələ” matçı başa çatdıqdan sonra “Qəbələ” stadion ərazisini tərk edərkən yerli azarkeşlər tərəfindən klubun avtobusunun şüşəsi sındırılıb. “Kəpəz” klubu qonaq komandanın təhlükəsizliyini tam təmin etmədiyinə görə 4000 manat cərimə olunub.

“Qəbələ” klubunun dəymiş ziyana uyğun olaraq təqdim edəcəyi məbləğ “Kəpəz” klubu tərəfindən ödəniləcək.

Əvəzedicilərin yarışında “Qarabağ” – “Zirə” matçında “Zirə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.