Bizim futbol

Erat yığmamızdan dəvət gözləyir

Almaniyanın “Duysburq” klubunda çıxış edən Tuğrul Erat yenidən Azərbaycan millisində oynamaq istəyir. 

Dsport.az-a açıqlama verən futbolçu milli komandamıza qayıtmaq istədiyini bildirib: “Azərbaycan millisinə hər zaman böyük həvəslə gəlmişəm və kömək etməyə çalışmışam. Yenidən milliyə dəvət olunmaq istəyərəm. Ancaq bunu Qurban Qurbanov bilər. Dəvət edərsə, çox sevinərəm. Qurbanovun çox yaxşı məşqçi olduğunu bilirəm. Ümidvaram ki, milli onun başçılığı altında uğurla çıxış edər”.