Bizim futbol

Rauf Əliyev 3 klubla danışıq aparır

“Kukesi”dən ayrıldıqdan sonra klubsuz qalan Rauf Əliyev yaxın günlərdə kollektiv məşqlər edəcək. 

Dsport.az-a daxil olan məlumata görə, milli komandamızın sabiq hücumçusu Premyer Liqab klublarımızdan ikisi ilə danışıq aparır. Əslində hər iki komanda Raufla müqavilə imzalamağı da düşünür. Ancaq həmin klublar hələlik, Raufa məşq etmək şəraiti yaradacaq. Əliyev məşqlərini edəcək və razılıq olsa, müqavilə imzalanılacaq. “Kəpəz” və “Sumqayıt”la yanaşı, “Səbail”in də Raufun xidmətində maraqlı olduğu bildirilir.