Bizim futbol

Lider növbəti matça 3 itki ilə çıxacaq

Martın 16-da futzal üzrə Yüksək Liqada 21-ci turun oyunları keçiriləcək. 

Dsport.az xəbər verir ki, sarı vərəqə limitini doldurduğuna görə, turu “Araz”ın 3 oyunçusu buraxacaq. Belə ki, 2 gün əvvəl “Neftçi” ilə oyunda sarı vərəqə alan Eduardo Borges, Rizvan Fərzəliyev və Ramiz Çovdarov analoji səbəbdən “Xəmsə” ilə duelə çıxmayacaqlar.

Eduardo Borges (“Araz”) – 4
Rizvan Fərzəliyev (“Araz”) – 4
Ramiz Çovdarov (“Araz”) – 4