Bizim futbol

“Sumqayıt” əzmkar qələbə ilə 3-cü pillədə

Bu gün Topaz Premyer Liqasında 20-ci tura yekun vurulub.

Dsport.az xəbər verir ki, son oyun günündə 3 görüş baş tutub.

Öncə “Zirə” doğma meydanda çempionatın debütantı “Səbail”lə qarşılaşıb. Qış fasiləsindən sonra uğursuz çıxışı ilə diqqət çəkən zirəlilər bu oyuna yaxşı başlayıblar. Lakin hesabı da açmasına baxmayaraq, bu komanda sonda heç-heçə ilə kifayətlənməli olub.

Turun mərkəzi oyununda isə milli çempionatlarımızın daimi iştirakçısı olan iki komanda - “Neftçi” və “Qarabağ” üz-üzə gəlib. Azərbaycan derbisində qapılara qol vurulmayıb.

Son oyun isə “Sumqayıt” və “Kəpəz” klubları arasında baş tutub. Bu oyunda hesabı autsayder açıb. Amma qalan dəqiqələrdə iki qol vurmağa nail olan "Sumqayıt" bu əzmkar qələbə sayəsində "Zirə"nin xal itkisindən maksimum yararlanmaqla 3-cü pilləyə yüksəlib.

Topaz Premyer Liqası
20-ci tur

14 mart

“Zirə” - “Səbail” 1:1
Qol: A.Dedov, 17 - N.Apakidze, 55.
Hakimlər: Orxan Məmmədov, Vüqar Bayramov, Rahil Ramazanov, Rauf Cabbarov.
Zirə İdman Kompleksinin stadionu, 17:00. 

“Zirə”: 1. Anar Nəzirov (k), 3. Jozef Bum, 4. Vüqar Mustafayev, 5. Adil Nağıyev, 7. Sadio Tounkara, 8. Milan Duriç, 9. Aleksandr Dedov, 14. Tellur Mütəllimov, 18. Yani Urdinov, 38. İlkin Muradov, 43. Riçard Qadze.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 11. Viktor İqbekoyi, 13. Aleksandr Şemonayev, 16. İbrahim Aslanlı, 17. Vüsal İsgəndərli, 23. Yovan Krneta, 29. Comal Uilyams, 39. Sadiq Quliyev, 77. Mirsahib Abbasov, 87. Müşfiq İlyasov, 88. Elşən Abdullayev, 98. Elçin Əliyev.
Baş məşqçi: Ayxan Abbasov.
“Səbail”: 1. Emil Balayev, 3. Tamazi Tsetsxladze, 4. Rahil Məmmədov, 7. Fəhmin Muradbəyli, 13. Faruk Miya, 15. Nikoloz Apakidze, 17. Vüqar Nadirov (k), 26. Kamal Qurbanov, 29. Yevgeni Koçuk, 92. Vaxit Orazsaxedov, 99. Maudo Jarjue.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 5. Kərim Diniyev, 10. Nurlan Novruzov, 11. Elman Taqayev, 18. Aqşin Qurbanlı, 23. Ayron Stati, 24. Ruslan Əmircanov, 98. Kamran Əliyev.
Baş məşqçi: Samir Əliyev.

“Neftçi” - “Qarabağ” 0:0
Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Akif Əmirəli, Rəhim Həsənov
Bakı. 8-ci km stadionu, 18:00.

“Neftçi”: 94. Rəşad Əzizli, 15. Ruslan Abışov (k), 2. İlkin Qırtımov, 25. Kiril Petrov, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov, 10. Derlis Meza Kolli, 17. Rəhman Hacıyev, 7. Namiq Ələsgərov, 11. İqnasio Herrera, 22. Mirabdulla Abbasov.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 26. Ömər Buludov, 20. Elnur Süleymanov, 97. Elnur Cəfərov, 77. Elvin Sərkərov, 6. Rəşad Sadiqov, 21. Məhəmməd Mirzəbəyov, 9. Lukas Qomes, 12. Mayk Kampas, 19. Fransisko Qarsiya.
Baş məşqçi: Tərlan Əhmədov.
“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 10. Pedro Enrike, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 32. Elvin Yunuszadə, 77. Donald Gerrye, 91. Coşqun Diniyev, 99. Dani Kintana.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 44. Ağabala Ramazanov, 52. Yakub Jezniçak, 70. Nicat Süleymanov, 90. Ramil Şeydayev.
Baş məşqçi: Qurban Qurbanov.

“Sumqayıt” - “Kəpəz” 2:1
Qol: B.Mustafazadə, 72. C.İmamverdiyev, 89 - İ.Korotetski, 44.
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Elşən Acalov, Ramil Diniyev.
Sumqayıt. “Sumqayıt Arena”, 20:00.

“Sumqayıt”: 1. Fərhad Vəliyev, 3. Vurğun Hüseynov (k), 5. Vüqar Bəybalayev, 9. Amil Yunanov, 10. Cavid İmamverdiyev, 11. Ehtiram Şahverdiyev, 13. Bəhlul Mustafazadə, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyubov.
Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 2. Rail Məlikov, 6. Kamal Mirzəyev, 7. Cavid Tağıyev, 17. Nicat Qurbanov, 25. Süleyman Əhmədov, 70. Ülvi İsgəndərov, 77. Elnur Abdullayev.
Baş məşqçi: Samir Abasov.
“Kəpəz”: 22. Sergey Litovçenko, 15. İqor Korotetski, 13. Şəhriyar Rəhimov (k), 4. Şəhriyar Əliyev, 18. Tural Cəlilov, 91. Dario Federiko, 16. Quili Mandqaladze, 20. Tərzin Cahangirov, 7. Roman Hüseynov, 48. Dieqo Souza, 9. İlkin Sadıqov.
Ehtiyat oyunçular: 1. Davud Kərimi, 55. Tərlan Qasımzadə, 5. Tural Nərimanov, 6. Ceyhun Cavadov, 12. İlyas Səfərzadə, 2. Yusif Cəfərov, 21. Murad Səttarlı, 10. Tural Rzayev, 3. Dedimar Ferreyra.
Baş məşqçi: Yunis Hüseynov.

Turun digər oyunu: “Keşlə” - “Qəbələ” 1:1.