Bizim futbol

“Ömər Paşayev qardaşdı, amma pis hakimlik etdi”

“Keşlə”nin futbolçusu Pərdis Fərcad Azad Topaz Premyer Liqasının 20-ci turunda "Qəbələ” ilə 1:1 heç-heçədən sonra jurnalistlərin suallarını cavablandırıb.

Dsport.az xəbər verir ki, o, öncə oyunla bağlı fikirlərini bölüşüb:

- Bu gün yaxşı oynadıq. Qorxusuz çıxış etdik. Oyunun nəticəsi ədalətli idi.

- "Keşlə"nin şansları daha çox oldu...
- Bəli, bizim daha çox qol epizodumuz oldu. Rəqib də fərqlənmək üçün şanslar yaratdı. Lakin bu hesab da ədalətli sayılmalıdı. Ancaq bəxtimiz gətirmədi.

- İkinci hissədə meydanda tam fərqli "Keşlə" gördük. Baş məşqçi nə tapşırıqlar verdi ki, belə oldu?
- Mən paltardəyişmə otağında olmamışam, bilmirəm. Hesabda geri olduğumuz üçün irəli atıldıq. Komandamızda keyfiyyət var. Ancaq tam şəkildə göstərə bilmirik.

- Keyfiyyəti nümayiş etdirmək üçün nə çatışmır?
- Dəqiq bilmirəm. Amma çox çalışırıq. Yüz faiz oturuşmamışıq.

- Oyuna daxil olandan sonra tez-tez mübahisə edirdin. Hakimliklə bağlı nə deyə bilərsən?
- Ömər Paşayevi tanıyıram, qardaşdı. Amma bu gün pis hakimlik etdi. Vernidub məni bir neçə dəfə itələdi. Lakin hakim oyunu saxlamadı. Oyunda hər şey olur. Etirazlar, gərginlik. Qalib gəlmək istədiyin üçün özündə olmursan. Anlayışla qəbul edirəm.