Bizim futbol

Rəhman Hacıyev: “Meydana 3 xal üçün çıxacağıq” - VİDEO

“Neftçi” Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində qarşılaşacağı “Qarabağ”la oyunun hazırlığını davam etdirir. 

Dsport.az xəbər verir ki, komanda bu gün oyunun keçiriləcəyi 8-ci km stadionunda məşq keçib. Yarımmüdafiəçi Rəhman Hacıyev klub televiziyasına açıqlamasında “Qarabağ”la oyun öncəsi fikirlərini bildirib:

"Sabah bizi çox çətin oyun gözləyir. İki oyundu qələbə qazanırıq. Komandada inam və istək var. Hər şey qaydasındadı. Meydana 3 xal üçün çıxacağıq. İnşallah, qələbə qazanarıq. Komandama inanıram”.

Xatırladaq ki, martın 14-də baş tutacaq "Neftçi” – "Qarabağ” oyunu saat 18:00-da başlanacaq.