Bizim futbol

Ötən mövsümün rekordu yeniləndi

Topaz Premyer Liqasında (TPL) ötən mövsümün rekordu yenilənib. 

Dsport.az xəbər verir ki, “Qəbələ”nin hücumçusu Baqali Dabo 20-ci turun bu gün baş tutan açılış matçında – “Keşlə” ilə səfər oyununda hesabı açaraq aktivinə 12-ci qolu yazıb.

Bu isə ötən çempionatdakı bombarlik rekordunun yenilənməsi deməkdi. Onda ən sərrast oyunçuların mübarizəsində şəriklıi liderlər - Rauf Əliyevlə Filip Ozobiç olmuşdu. Ozobiç indi də Dabonun komanda yoldaşıdırsa, Rauf isə "Keşlə" "İnter" adlananda onun şərəfini qoruyub.

Xatırladaq ki, Ozobiçin şərikli göstəricisini nəzərə almasaq, "Qəbələ"nin hələ ki, heç bir  futbolçusu çempionatın bombardiri olmayıb. (Sport24)